Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81866
az

Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

12:5906 Fevral, 2023
158
DÜNYA
  • A
Türkiyədə 7,4 bal gücündə olan zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb. Oxu24.com-un məlumatına görə, yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub. Türkiyədə yerli mətbuat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb. İsrailin xarici işlər naziri Eli Koen Kahramanmaraş mərkəzli zəlzələdən "dərin təəssüfləndiyini" ifadə edərək, təcili yardım proqramının hazırlanması üçün təlimat verdiyini bildirib. Digər tərəfdən, İsrailin müdafiə naziri Yoaz Gallantın İsrail ordusu və nazirlik qurumlarına humanitar yardım göstərilməsi üçün təlimat verdiyi paylaşılıb. Avropa İttifaqının Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzindən bildirilib ki, Hollandiya və Rumıniyadan xilasetmə qrupları Türkiyəyə dəstək məqsədilə yola çıxıb. Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis sosial media hesabında Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib. Mitsotakis paylaşımında zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib və "Yunanıstan öz resurslarını səfərbər edir və dərhal kömək edəcək" deyib. Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib. Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb. Hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır. Hətta digər bölgələrinə nisbətən qışda mülayim hava ilə müşahidə olunan Qaziantepdə belə qarlı hava şəraiti müşahidə olunur, bu da zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək
Rusiyada kimyəvi maddələr müəssisəsində PARTLAYIŞ
Putin Pakistana enerji tədarükünü müzakirə edib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı