Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81138
az

“Toppuş bacı”nın ölümünü nə sürətləndirdi? - Həkimdən AÇIQLAMA

15:3123 Yanvar, 2023
844
ÖZƏL BÖLÜM
  • A

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva ötən gün uzun sürən onkoloji xəstəliyin ardından vəfat etdi. 

 

İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisanın xəstəliyinin irəliləməsinə səbəb kimi həm də mədəkiçiltmə əməliyyatı göstərilir. Belə ki, mərhum sənətçi artıq çəkilərindən qurtulmaq üçün iki dəfə sözügedən əməliyyatı keçirmişdi. 

 

O, ilk əməliyyatını 2013-cü ildə türkiyəli həkimə həvalə etsə də, nəticə uğursuz oldu. Bundan sonra sənətçi ikinci dəfə Tariyel Ömərov adlı həkim tərəfindən əməliyyat olundu. Bundan bir müddət sonra isə səhhəti pisləşən aktrisada xərçəng xəstəliyi aşkarlandı və dərhal əməliyyat olundu. Buna baxmayaraq, həmin gündən sonra sənətçi bir daha əvvəlki sağlamlığına qovuşa bilmədi. 

 

Sənətçi özü də qonaq olduğu efirlərdə  mədəkiçiltmə əməliyyatından sonra yaxşı yeyə bilmədiyi üçün immunitetinin azaldığını və xəstəliyin onu üstələdiyini dəfələrlə açıqlamışdı. 

 

Aktrisanın ölümü son zamanlar sürətlə yayılan mədəkiçiltmə əməliyyatlarını bir daha gündəmə gətirib. Sözügedən əməliyyatların həyatı təhlükə yaradıb-yaratmaması, hansı hallarda risk daşıdığı müzakirə olunub. 

 

Bəs, hansı hallarda mədəkiçiltmə əməliyyatı etmək olar? Ümumiyyətlə, mədəkiçiltmə əməliyyatı xərçəng yaradırmı? 

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan  tibb elmləri doktoru, professor Adil Qeybulla xərçəng xəstəliyini birbaşa bariatrik cərrahiyyə ilə əlaqələndirməyin düzgün olmadığını bildirib: 

 

“Mədənin həcminin kiçildilməsi (Sleeve Gastrektomiya) zamanı qida qəbulu azalır və bədən çəki itirir. Xərçəng xəstəliyinin yaranma səbəbləri tibbə tam aydın deyil. Burada immun sisteminin zəifləməsi, kimyəvi konserogenlər, bəzi ankogen viruslar, ionlaşdırıcı şüalanma və s. xeyli rolu var. Ona görə də bu xəstəliyin yaranma səbəbini birmənalı demək çətindir. Amma nəzərə alaq ki, onkoloji xəstəliklər həm də immun sisteminin zəifliyinə bağlıdır. Məsələn, Covid-19 pandemiysından sonra ümumi onkoloji xəstəliklərin xüsusi çəkisinin artması müşahidə olunur. Burada hansısa səbəb-nəticə əlaqəsi ola bilər”. 

 

Onun sözlərinə görə, onkoloji xəstəliklərin səbəbi bilinmədiyi kimi, bunun birmənalı müalicəsi də mümkünsüzdür: 

 

“Bütövlükdə götürəndə isə onkoloji xəstəliklərin səbəbləri tam bilinmir. Belə bir deyim var ki, hər bir oqranizm öz onkologiyasına qədər yaşaya bilir.

Dünyada nə qədər insan orqanizmi varsa, o qədər onkologiya olacaq, sadəcə olaraq bunun sayının artmasından söhbət gedə bilər. Heç vaxt da onkoloji xəstəliklərin birmənalı müalicəsi söhbəti olmayacaq. Müəyyən gəlişmələr, yaxşılaşmalar olacaq, amma onkoloji xəstəliklərə birdəfəlik nöqtə qoymaq mümkün olmayacaq. Bu birmənalıdır.

Ona görə də mən hesab edirəm ki, mədəkiçiltmə əməliyyatlarının birbaşa xərçəng yaratdığı haqqında rəy irəli sürmək düzgün deyil. Hər halda, bariatrik cərrahiyə yeni başlayıb və bununla bağlı nəticələr ümumiləşdirilir. Ola bilər ki, bir zaman sonra bu əməliyyatlar vətəndaş hüququ qazanmasın, ola bilər, daha geniş yayılsın. İndidən bunu demək çətindir”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT
“Şlyapa Zahid” işi məhkəmədə- 42 milyon necə mənimsənilib?
Kəramətdən Ağadadaşa sərt sözlər:"Ağadadaşın beyni xəstədi..."

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Axtarışda olan 66 nəfər saxlanılıb - DİN