Keçən il mart ayında kəşf edilən C/2022 E3 (ZTF) kometi Yerə yaxınlaşdıqda adi gözlə görünəcək.
Oxu24.com xəbər verir ki, bu barədə TASS Moskva Planetariumunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Obyekt fevralın 1-də planetimizdən minimum məsafədə - 42 milyon kilometr məsafədə olacaq.
"Güman etmək olar ki, kometin parlaqlığı +5 - +4 bal gücünə çatacaq və qaz quyruğunun uzunluğu 10 ° -dən çox olacaq. Bu o deməkdir ki, ki, şəhər işıqlandırması olmadıqda, onu hətta adi gözlə görmək olar”, - deyə Moskva Planetariumundan bildiriblər.
Kometin Yerlə toqquşmayacağı qeyd edilir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR