Almaniya polisi Luserat kəndində kömür mədəninin genişləndirilməsinə qarşı etiraz aksiyasında iştirak edən 20 yaşlı ətraf mühit fəalı Qreta Tunberqi saxlayıb.
Oxu24.com xəbər verir ki, məlumatı Reuters yayıb.
RWE enerji şirkəti Garzweiler kömür mədənini genişləndirmək üçün bu kənddəki evləri sökməyi planlaşdırır.
Polis rəsmiləri bildiriblər ki, Tunberq buldozerlərin işə başladığı mədənin kənarında oturaq aksiya keçirən digər fəallarla birlikdə saxlanılıb.
Onların hamısı polis bölməsinə aparılsa da, bir neçə saatdan sonra buraxılacaqlarını bildiriblər.
Fəallar Almaniyanı artıq kömür hasil etməməyə, müasir bərpa olunan enerji mənbələrindən istifadəyə diqqət yetirməyə çağırıblar.
Qeyd edək ki,Almaniyada kömür mədənləri üçün yeni qazıntı aparılması əleyhnə eko- fəallar aksiya keçirir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR