ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeriy Zalujnı arasında ilk şəxsi görüş keçirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Görüş Polşada baş tutub.
“General Milliyə sarsılmaz dəstəyə və köməyə görə təşəkkür edirəm. Mən Ukrayna Silahlı Qüvvələrinin təxirəsalınmaz ehtiyaclarını qeyd etdim, onlardan gələn dəstək bizim qələbəmizi sürətləndirəcək”, - deyə Zalujnı görüşdən sonra yazıb.
General Milli bir gün əvvəl Almaniyada ABŞ hərbçilərinin Ukrayna əsgərlərinə təlim keçdiyi düşərgəyə baş çəkib.
Yanvarın 20-də Almaniyanın Ramşteyn şəhərindəki Amerika bazasında Ukraynanın müttəfiqlərinin növbəti görüşü keçiriləcək və onlar ukraynalılara gələcək hərbi yardım planlarını müzakirə edəcəklər.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR