Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80748
az

“Mən Xalq artisti olmalıyam!”

13:3817 Yanvar, 2023
300
  • A

"Xalqın gözü tərəzidir. Hamı baxır. Mənə hər kəs Xalq artisti deyir. Amma məndən soruşmayın ki, niyə o adı vermirlər. Heç vecimə də deyil, çox xoşbəxtəm".

OXU24.COM  olay-a istinadən xəbər verir ki, bu sözləri "Bizimləsən" proqramında Əməkdar artist Kübra Əliyeva deyib. O, fəxri adlarla bağlı gileyini dilə gətirib:

"Bu gün xalqım məni sevib əzizləyir. Bu adımla fəxr edirəm, lakin Xalq artisti olmalıyam. Dünən 74 yaşım oldu. Həyatımın 42 ilini teatra vermişəm. Ac-yalavac, sürünə-sürünə... 

Mənim evimə çəkilişə gəlmək istəyirdin. Dedim, evimin çəkiləsi halı yoxdu. Mən 1920-ci ildə tikilən, köhnə, çürük evimdə xoşbəxtəm. Hərdən nəvəm deyir, Kübüş, bu qapıları dəyişdir. Deyirəm, mən o qapıları 1985-ci ildə qoydurmuşam, onu çıxartsalar, qırğın olar, tökülər. Arb TV gəldi çəkdi. Sosial şəbəkələrdə şərh yazıblar ki, Elgiz bəy, nə olar Kübra xanımın evini təmir etdirin. Etdirərəm amma çürükdür, əlimi vursam, tökülər. Heç kimin evində gözüm yoxdur. Mənim qarşımdan teatra girib, keçəndə, heç nəyi olmayan adamlar hər şey alıblar. Bütün ordenləri alıblar, elə bil Kübra teatrda yoxdur. Nə etməliyəm? Gedib yalvarmalıyam? Onu bacarmadım. Nazirliyə gedib, deməliyəm ki, əzizim nazir, mən 42 il teatrda işləmişəm, 74 yaşım oldu, bir məktubla məni təbrik et? Məni təbrik edənlər, xalqım sağ olsun. Hər kəsin qiymətini sağlığında verin.

Mən sağam, teatrda çalışmıramsa, tərəf müqabillərim həyatda olmadığı üçündür. Siyavuş Aslan olsa, teatra gedib işləmərəm? Sağ olsun, yeni nazirimiz (Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazirin birinci müavini Adil Kərimli, - red.), eşitdim ki, bir neçə sənətçimizlə maraqlanıb. Onu təbrik edirəm, inanırıq və onu alqışlayırıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəqsanədən əri və oğlu ilə bağlı paylaşım – VİDEO
Azərbaycanlı müğənni TOYA HAZIRLAŞIR: Xınasıdır - VİDEO
Əli Mirəliyev: Arvadımla qalmıram, ona pul verirəm ki...

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı