Oxu24.com İsrail mediası-na istinadən xəbər verir ki, İran hakimiyyətinin tanınmış tənqidçisi olan iranlı imam bu yaxınlarda gizli şəkildə İsrailə səfər edib və orada baş nazir Benyamin Netanyahuya yaxın rəsmilərlə görüşüb.
İsrail tərəfi görüş və səfərin məqsədi ilə bağlı açıqlama verməyib. Görüşdə iştirak edən Netanyahuya yaxın mənbə imamın səfərini təsdiqləyib. Bu səfərə görə İran hakimiyyətinin onu təqib edəcəyi qorxusundan imamın adı açıqlanmır.
O da qeyd olunur ki, imam tez-tez Amerika sağçı dairələrinə baş çəkir. Bundan əlavə, o, İranın ali dini lideri Əli Xamneyinin keçmiş tələbəsidir.
İsrailin I24 telekanalının jurnalistləri imamın özü ilə əlaqə saxlayıb, o, İsrailə səfəri faktını inkar etməyən və Netanyahunun ətrafının rəsmisi ilə dostluq münasibətləri saxladığını etiraf edib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR