Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80562
az

AZAL Astanaya reys açır

02:2214 Yanvar, 2023
141
CƏMİYYƏT
  • A

"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Qazaxıstanın paytaxtı Astana şəhərinə reyslər açır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, martın 16-dan etibarən aviaşirkət Bakı-Astana-Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astana şəhərinə uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletləri "Azərbaycan Hava Yolları"nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Ətr
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: //www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-azerbaijan.

Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı