Qarşınızda ürək krizi keçirən bir adam varsa, ilk növbədə özünüzü sakitləşdirməlisiniz. Daha sonra ilk iş xəstənin sakitliyini bərpa etməkdən ibarət olmalıdır. Xəstəyə ilk ediləcək yardım onu xoş sözlərlə sakitləşdirmək və onu tək qoymayacağınızı deməkdir. Ürəktutması baş verən zaman xəstəni suallarla yormaq olmaz. Onu nə qədər az danışdırsanız bir o qədər yaxşıdır.
Sonra xəstəni rahat bir yerə uzadıb, hərəkətsizliyini bərpa etmək lazımdır. Xəstə nə qədər az hərəkət edərsə, bir o qədər yaxşıdır.
Əgər yardıma ehtiyacı olan şəxs ürək xəstəsidirsə onun ciblərində mütləq dərman olmalıdır. Bu zaman ilk iş həmin dərmandan istifadə etməkdir. Sonra təcili yardıma zəng vurub həkim çağırmaq lazımdır. Həkim gəlib çatana qədər xəstəni idarə etmək asan iş deyil. Çünki xəstəyə ürək masajı lazım gələ bilər.
ŞƏRHLƏR