Dağıstan hökumətinin keçmiş sədri Maqomed Abdulayevi avtomobil vuraraq öldürüb.
Oxu24.com xəbər verir ki, bu barədə cümə günü, yanvarın 6-da respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə cümə axşamı axşam saatlarında Mahaçqalada baş verib. "VAZ-21214" markalı avtomobilin sürücüsü müəyyən olunmuş zonadan kənarda yolu keçən 61 yaşlı Abdulayevi vurub. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Maqomed Abdulayev 20 fevral 2010-cu ildən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikası Hökumətinin sədri vəzifəsində çalışıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR