Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80233
az

Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən biri GÖRÜN KİMDİR: 5 gün əvvəl...

22:4105 Yanvar, 2023
990
CƏMİYYƏT
  • A

Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsiyyəti müəyyənləşib.

Kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.

Qeyd edək ki, 19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.

Kamran Allahverdiyev təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.

Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib.

Yaxınlarının verdiyi məlumata görə, onun atası Rusiyada işləyir.

Ailə əvvəl Bakıda yaşayıb, sonra Ukraynaya köçüb.

Buna görə Kamran Allahverdiyev 2 il təhsildən yayınıb.

Azərbaycana qayıdandan sonra qaldığı təhsilinə Sumqayıtda 31 nömrəli tam orta məktəbdə 7-ci sinifdən davam edib.

Qeyd edək ki, 10-cu sinif şagirdi dostu ilə birgə 5 gün idi ki, itkin düşmüşdü. (apa)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslərə birdəfəlik müavinət verilib
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar - SİYAHI
Ötən il 293 erkən evliliyin qarşısı alınıb

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı