Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80193
az

Pensiyanın artırılması nəticəsində pensiya kapitalının minimum məbləği də artır

17:2305 Yanvar, 2023
246
CƏMİYYƏT
  • A

Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensiya kapitalının minimum məbləğinə də təsiri olacaq.

Bunu Oxu24.com-un sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Məlumat üçün bildirək ki, əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” yeni sərəncama əsasən minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Qeyd edək ki, 2022-ci il üzrə minimum pensiya kapitalı artırılaraq 34 560 manat təşkil edib. Ondan əvvəl həmin rəqəm 28 800 manat olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıdı
300-dən çox avtobus Heydər Əliyev prospektinə daxil olmayacaq

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi