Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80150
az

Orxan Camalın qətlində şübhəli bilinən jurnalist öldü

00:2505 Yanvar, 2023
152
DÜNYA
  • A

2018-ci ilin iyulunda Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalistin qətlində şübhəli bilinən “RİA FAN” portalının əməkdaşı Kirill Romanovski ölüb.

Musavat.com xəbər verir ki, bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin məlumat yayıb.

Priqojin Romanovskini ən böyük hərbi müxbir, ölkə üçün çox işlər görmüş yoldaş adlandırıb. Hərbi müxbir Aleksandr Kotsun verdiyi məlumata görə, mərhumun başında bədxassəli şiş olub.

Xatırladaq ki, “Dosye” araşdırma mərkəzi Romanovskini 2018-ci il iyulun 30-da Mərkəzi Afrika Respublikasında Vaqner ÖHŞ-nin işi haqqında sənədli film çəkən rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenkovun qətli ilə əlaqələndirib. Müstəntiqlərin fikrincə, Romanovski çəkiliş qrupuna qəsdən özünü “BMT-nin nümayəndəsi Martin” adlandıran adamın əlaqələrini verib. İddiaya görə, o, MAR-a gəldikdən sonra heyətə kömək etməli imiş, əslində isə bütün yol boyu jurnalistləri izləyib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı