Fransa prezidenti Emmanuel Makron Ukrayna rəhbəri Vladimir Zelenskiyə Kiyevə AMX-10 RC yüngül təkərli tankları verəcəyinə söz verib.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Texniki cəhətdən AMX-10 RC ağır zirehli maşınlardır, lakin bəzən yüngül təkərli maşınlar kimi təsnif edilirlər. Onlar əsasən kəşfiyyat üçün nəzərdə tutulub, lakin düşmənin zirehli texnikası ilə mübarizə aparmağa qadirdirlər.
1976-1994-cü illərdə cəmi 457 avtomobil istehsal edilmişdir. İndiyədək AMX-10 RC səkkiz ölkəyə verilib.
Ukrayna hakimiyyəti və şəxsən Vladimir Zelenski dəfələrlə Qərb ölkələrindən Alman Leopard 2 və American Abrams da daxil olmaqla tankları onlara təhvil vermələrini xahiş edib, lakin onlara həmişə rədd cavabı verilib.
Bununla belə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yanvarın 4-də bildirib ki, Zelenski və hökuməti müttəfiqlərdən tank istəməyə davam etmək niyyətindədir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR