Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7999
az

Böyrək xəstəliklərinin 7 əlaməti

19:3116 Dekabr, 2018
773
  • A
Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu çox təhlükəlidir ki, insan uzun müddət ərzində onda inkişaf edən xəstəlikdən məlumatsız olur, xəstəlik isə bu zaman inkişaf edir və nəticədə ağır vəziyyətlərə, böyrək çatışmazlığına gətirib çıxarda bilər.

İslaminsesi.info bildirir ki, bu səbəbdən böyrək xəstəliklərinin əsas simptomlarını bilmək çox vacibdir.

1. Ümumi intoksikasiya əlamətləri (zəiflik, hərarətin artması, baş ağrıları və s.).

2. Ödemlər. Böyrək xəstəlikləri zamanı ödemlər daha çox üzdə, gözlərin altında, göz qapaqlarında, bədənin yuxarı hissəsində müşahidə olunur. Ürək xəstəlikləri zamanı isə ödemlər əksinə ayaqlarda olur. Böyrək xəstəlikləri zamanı ödemlər daha tez-tez səhər, ürək xəstəlikləri zamanı isə axşam olur.

3. Bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar bir və ikitərəfli ola bilər.

4. Sidikdə qan, irin, sidiyin bulanıq olması, sidiyin üzərində köpük.

5. Sidik ifrazının pozulması (sidik nazik şırnaqla və ya damcılarla ifraz olunur), ifraz olunan sidiyin azalması.

6. Susuzluq, ağızda quruluq.

7. Arterial təzyiqinin qalxması. Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü