Azprotein Foods Group
Satış müdiri
Son tarix 10 yan 2023 [email protected]
Namizədə Tələblər:
İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili sahəsində ali təhsil üstünlükdür
Satış və ya kommersiya sektorunda ən azı 3-5 il iş təcrübəsi
Azərbaycan və Rus dillərində səlis danışıq
Mükəmməl liderlik və idarətmə bacarıqları;
Yüksək və effektiv ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
MS Office proqramlarında sərbəst işləmə qabiliyyəti
Yüksək analitik düşüncə, problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
Fərdi və komanda şəklində effektiv çalışma bacarığı
Vəzifə öhdəlikləri:
Satış departamenti üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
Şöbənin strateji hədəflərinin və satış planlarını hazırlamaq
Yeni satış metodologiyaları, bazara təşviq sxemləri və texnikalarını tətbiq etmək, inkişaf etdirmək
Yeni müştəriləri aşkar etmək və müştərilərlə yeni biznes münasibətləri qurmaq
Müqavilələr və sazişlər, biznes-planları və kommersiya şərtlərinin hazırlanmasında iştirak etmək, icrası üçün nəzarət etmək, mümkün risk dərəcəsini qiymətləndirmək
Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq
Yeni məhsul və xidmətlər barəsində mütamadi olaraq danışıqlar aparmaq
Məhsullara olan tələbat, onun dəyişmə səbəblərinə (artım və azalma) əsasən məlumatların toplanmasını təşkil etmək, alıcıların tələbatını təhlil etmək
Məhsulların satış şəbəkəsinin yaradılması və təşkili üzrə tədbirləri həyata keçirmək (məhsulların istehlakçılara doğru hərəkət kanallarının hazırlanması və qurulması; topdansatış və pərakəndə ticarət müəssisələri və digər vasitəçilərlə əlaqələrin qurulması; diler münasibətlərinin inkişafı).
Əmək haqqı: 2000 - 2500 AZN (təcrübəyə əsasən).
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Oxu24.com
ŞƏRHLƏR