Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79746
az

İçib tanımadığı həyətə girdi, yatıb qaldı

19:5529 Dekabr, 2022
191
CƏMİYYƏT
  • A

34 yaşlı Zaqatala sakini Mahmud Səfərov (şərti) sərxoş vəziyyətdə tanımadığı həyətə girərək sanitar qovşağından istifadə edib, daha sonra həyətdə yatıb qalıb.

Hadisə bir neçə gün öncə rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakinlərindən biri sahə polisinə zəng edərək evindən oğurluğa cəhd olunduğunu bildirib. Sahə rəisi həmin ünvana gedəndə küçədə Mahmudu görüb. Mahmud özünü şübhəli apardığı üçün polis ona yaxınlaşıb. Sərxoş şəxsin qeyri-adekvat hərəkətlərindən sonra polis onu məntəqəyə dəvət edib. Lakin o, polisin tələblərinə tabe olmayıb. Sahə rəisi onu məcburi qaydada 4 saylı inzibati polis məntəqəsinə aparıb. Bundan sonra onun barəsində protokol tərtib edilərək Zaqatala Rayon Məhkəməsinə göndərilib.

M.Səfərovun məhkəmədəki ifadəsinə görə, o, 23 dekabrda günorta saatlarında yaşadığı kənddən Zaqatala şəhərinə gəlib. Bazardakı kafelərin birində spirtli içki içdikdən sonra Əliabad qəsəbəsinə gedib. Orada tanımadığı bir evin yanında özünü pis hiss etdiyi üçün daş hasardan evin həyətinə atlanıb. Həmin evin tualetinə gedib. Daha sonra həyətdə qoyulmuş taxtın üzərinə uzanaraq yatıb. Bir müddət sonra səs-küy eşidərək oyanıb. Görüb ki, ev sahibi onu həyətdən qovur. O isə bildirib ki, yuxusu gəldiyi üçün yatıb qalıb:

“Şikayətçinin dediyi kimi oğurluğa cəhd etməmişəm. Polis əməkdaşı küçədə mənə yaxınlaşarkən sərxoş olduğum üçün nə etdiyimi xatırlamıram. Nalayiq ifadələr işlətməyim, polisə tabe olmamağım yadımda deyil. Olanları xatırlamasam da, ictimai qaydanı pozduğum üçün peşmanam. Qarşıdan bayram gəlir, həbs olunmaq istəmirəm, himayəmdə iki azyaşlı uşaq var”.

Həmçinin oxuyun: “Tik Tok”da canlı yayım açıb polisi söyən şəxs həbs olundu

Məhkəmə M.Səfərovun himayəsində azyaşlı uşaqlar olmasını, həmin uşaqları təkbaşına böyütməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində həbs qərarı verməyib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. 200 manat cərimə edildikdən sonra məhkəmə zalından buraxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü