Rusiya rəsmi olaraq Ermənistana cavab verib.
Oxu24.com xəbər verir ki,Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatını təxribat adlandırıb.
D.Peskov bildirib ki, Ermənistan tərəfinin səsləndirdiyi “Rusiya Ermənistanı öz ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də yaranmaqda olan Rusiya-Belarus birliyinə qoşulmağa məcbur edir." fikirləri təxribatdır.
“Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”, - deyə Peskov bildirib.
Tərcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR