Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79467
az

SON DƏQİQƏ! Azəbaycanla Rusiya razılığa gəldi

09:5126 Dekabr, 2022
494
CƏMİYYƏT
  • A

Rusiya Azərbaycanla bu ölkənin daxili istehlakı üçün qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Gələcəkdə onlar (Azərbaycan-red) qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik”, - Baş nazirin müavini bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparır.

Novak qeyd edib ki, Rusiya uzunmüddətli perspektivdə Əfqanıstan və Pakistana təbii qaz ixrac edə bilər.

“Əgər daha böyük perspektivdən danışsaq, o zaman bu, Əfqanıstana, Pakistana qaz ixracıdır: ya Mərkəzi Asiyada infrastruktur layihələrindən istifadə etməklə, ya da İran ərazisindən svop yolu ilə”, - Baş nazirin müavini vurğulayıb.

Bundan əvvəl Novak bildirib ki, Rusiya Federasiyası avropalı istehlakçılarla bu ölkədə qovşaq yaradıldıqdan sonra Türkiyə vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edir və həmçinin Yamal-Avropa qaz kəməri ilə regiona qaz nəqlini bərpa etməyə hazırdır.

 

Çayda qəfil baş verən hadisə izləyənləri dəhşətə gətirdi: Nəhəng canlı ağzına alıb apardı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaponiya Bankı uçot dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırıb
Türk Hava Yolları Beyruta uçuşları dayandırdı
İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib