Moldova Xarici İşlər Nazirliyinin spikeri Daniel Vode Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin Kişinyovla NATO arasında əməkdaşlığın intensivləşməsinin ölkəni guya fəlakətə yaxınlaşdırdığı ilə bağlı hədələrinə cavab verib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Vode qeyd edib ki, Moldova dinc və neytral dövlətdir, lakin neytrallıq özünütəcrid, demilitarizasiya və ya dünyada baş verənlərə biganəlik demək deyil.
“Biz sabitliyimizi, o cümlədən dünyanın ən güclü hərbi-siyasi ittifaqı olan NATO vasitəsilə möhkəmləndirilməsində maraqlıyıq.",deyə o bildirib.
Vode həmçinin vurğulayıb ki, Moldova beynəlxalq arenada Rusiyanın Ukraynaya qarşı amansız təcavüzündən əziyyət çəkən mürəkkəb regionda yaşayır.
“Qarşılaşdığımız çoxsaylı hibrid problemlərin öhdəsindən gəlmək üçün dostlarımızın həmrəyliyinə ehtiyacımız var. Biz azad ölkəyik və ölkəmizi necə inkişaf etdirmək bizim özümüzdən asılıdır”, - deyə spiker fikrini yekunlaşdırıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR