Planetimizin ən dərin nöqtəsi Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi..Dərinliyi 10.994 metr.
Yəqin ki, məktəb vaxtlarımızı xatırlıyırsız..Bizə öyrədirlilər..Everest dünyanın ən uca zirvəsidir, Marian çökəkliyi isə ən dərin nöqtəsi..Sirrlərlə dolu Marian çökəkliyinin ən dib nöqtəsində kimlər və ya nələr yaşayır.
Hələ ötən əsrin ortalarından başlayaraq Marian çökəkliyinin sirrini açmaq, onu daha dərindən öyrənmək və tədqiq etmək üçün cəhdlərə başlandı
Marian çökəkliyi relyef etibarilə V şəkilli yarığı xatırladır.Çökəkliyin eni 1500 kilometrə bərabərdir.Uzun illər belə bir təsəvvür var idi ki, bu çökəklikdə həyat əlaməti yoxdur.Lakin texnologiya və elm sahəsi inkişaf etdikcə okeanın ən dərin nöqtəsi tədqiq edilməyə başladı. Marian çökəkliyinə ilk elmi ekspedisiya Sovet İttifaqı tərəfindən həyata keçirildi. 1958-ci ildə “Vityaz” gəmisi Marian çökəkliyi haqda bütün təsəvvürləri dəyişdi. Okeanın 7 min metr dərinliyinə dalan sovet alimləri burada həyat əlamətləri aşkar etdi.Sən demə orada bakteriyalar, molyuskalar və onurğasız canlılardan savayı elmə məlum olmayan əcaib nəhəng məxluqlar da yaşayırmış.
1960-cı ildə Marian çökəklyinin dərinliklərində nələrin baş verdiyini bilmək məqsədi ilə NASA tərəfindən hazırlanan "Triyest" adli batiskaf bu sirli yerin 10915 metrliyinə endi. Ekspedisiyaya isveçrəli Jak Pikar rəhbərlik edirdi. 20 dəqiqə ərzində çökəkliyin dibində olan alimlər sensasiya sayılacaq kəşfə imza atdı..Marian çökəkliyinin ən dərin nöqtəsində həyat var. Bu kəşf elm dünyasında bomba effekti yaratdı. Axı bu dərinlikdə yüksək təzyiq var idi. Təxminən 1 santimetr kvadrata 3 min ton təzyiq. Bu təzyiqdə hətta dəmir əriyir. Bəs burda canlılar necə yaşayır.lakin bu hələ məsələnin ən yumşaq tərəfidir.İllər sonra üzə çıxan yeni materiallar qandondurucudur.Jak Pikar ekspedisiyasının bir neçə ildən sonra gizli qalan yeni materiallarında bir videogörüntü diqqət çəkdi. Səyahətin yarısında batisakaf böyük diskəbənzər iğıq saçan kürə ilə qarşılaşdı. Batiskafı bir neçə dəqiqə izləyən naməlum obyekt daha sonra gözdən itdi. Bu naməlum obyektin kim və ya nə olması haqda hələ də dəqiq məlumat yoxdur. Və üstündən illər keçsə də Marian çökəkliyinin ən böyük sirri sayılır.
1985-ci ildə Marian çökəkliyinə növbəti ekspedisiya yola düşdü.
Həmin vaxt ərazidə lövbər salan "Qlomar Çellencer" adlı elmi tədqiqat gəmisinin əməkdaşları dərinlikdən gələn qəribə səslərdən heyrətə düşdülər . Sanki kimsə mişarla dəmir kəsirdi. Kamera isə batiskaf ətrafında qeyri-adi kölgələr qeydə aldı. Bunu görüb batiskafı suyun üzərinə qaldırdılar. Batiskafı yoxlayan zaman məlum oldu ki, ona quraşdırılan 4 kameradan 3-ü dağıdılıb, batiskafı qaldıran tros-burazlar isə yarıya kimi kəsilib. 10950 metr dərinlikdə bunu kim edə bilərdi, bu müəmma da açılmamış sirr olaraq qaldı.
Cəhənnəm dərinliklərində tapıntı
sonrakı illərdə də Marian çökəkliyinin sirrini öyrənmək üçün müxtəlif cəhdlərə baş vuruldu. Ancaq həmişə batskaflar müxtəlif problemlərlə üzləşir, əksər hallarda onların daha da dərinliklərə enməsinə hansısa naməlum güclər tərəfindən maneələr törədilirdi. Bununla belə Marian çökəkliyində aşkar edilən tapıntıların video görüntüləri tədqiqatçıları heyrətə salmaqda idi. Məsələn, Marian çökəkliyinin dərinliklərinə kimi enən "Nereus" avtomatik zondu orada tədqiqatçıları dəhşətə salan canlıları qeydə almışdı. Video kamerada əksini tapan ağzı olmayan metryarım uzunluğunda olan qurdlar, yapon cizgi filmlərinin personajlarını xatırladan tentakli və səkkizayaqlı ilbizlər, nəhəng dəniz ulduzlarının hərəkətləri insanı vahiməyə salırdı. Amma bu da son deyildi. Ötən ilin iyun ayında İngiltərədən olan tədqiqatçılar Marian çökəkliyində yaşayan xərçənglərin olduqca zəhərli olduğunu müəyyən etdilər. Hətta onların bəziləri radioaktiv şüalanma mənbəyi idi. Alimlərin fikrincə buna səbəb Marain çökəkliyinin həddindən artıq zəhərli tullantılar yığıldığı yerə çevrilməsi ilə əlaqədardır.
Marian çökəkliyini tədqiq edən Almaniyadan olan tədqiqatçılar da gözlənilməz hadisələrin şahidi oldular. Almaniya Elmi-Tədqiqat İnstitutlarından biri tərəfindən hazırlanan və "Xayfiş" adı verilən batiskaf Marian çökəkliyinin 7 kilometr dərinliyinə endi. Amma gözlənilmədən batiskaf ətrafında quraşdırılan videokameralar nəhəng varlıqları qeydə aldı. Bu varlıqlar batiskafı mühasirəyə alaraq onu dağıtmaq istəyirdilər. Alman tədqiqatçıları naməlum nəhəng varlıqları dəniz əjdahaları adlandırdılar. Bu nəhəng varlıqlar "Xayfiş" batiskafını sözün əsl mənasında gəmirməyə, polad dişləri ilə kəsməyə cəhd edirdilər.
ŞƏRHLƏR