Qusarda sərhədi qanunsuz keçmək istəyən 5 əcnəbi saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, DSX və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində dekabrın 23-də saat Qusarda Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən beş Pakistan vətəndaşı saxlanılıb.
Onların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropaya miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR