Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79293
az

SON DƏQİQƏ! Fransada ara qarışdı: Ölənlər və yaralılar var 

22:0823 Dekabr, 2022
333
SON DƏQİQƏ
  • A

Fransada gərginlik yaranıb.

Oxu24.com Fransa  prokurorluğuna istinadən xəbər verir ki, Parisin mərkəzində atışma nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

Son məlumatlara görə, üç nəfər yaralanıb.

Hücumun irqçilik motivləri ilə bağlı versiyası hazırlanır. Atəş açan 69 yaşlı fransızdır, o, saxlanılıb.

Atışmadan qısa müddət sonra kürd icmasının etirazları kürd mərkəzinin ərazisində başlayıb və bu, polislə toqquşmaya çevrilib.

BBC xəbər verir ki, etirazçılar zibil qablarını və restoranın  masalarını aşırıblar.

İğtişaşları yatırmaq üçün təchiz edilmiş polis hadisə yerinə gəlib. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, etirazçılar onlara daş atıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin şərhində bildirib ki, atıcının hədəfi açıq şəkildə əcnəbilərdir, lakin hələ də onların kürd olduğunu söyləmək mümkün deyil. Hadisənin  motivləri aydınlaşdırılır.

 

Hadisəni törədən şəxsin hücumuna məruz qalan restoran işçisi “Biz gördük ki, ağdərili yaşlı bir adam içəri girib atəş açmağa başlayıb, sonra o, kürd mədəniyyət mərkəzinə atəş açmağa başlayıb, daha sonra isə yaxınlıqdakı bərbərə gedib”.,deyə bildirib.

Şahidlərin və yerli hakimiyyət orqanlarının sözlərinə görə, atəş açan şəxs kürd mədəniyyət mərkəzinə, restorana və bərbərə hücum edib. Bildirilir ki, 69 yaşlı şübhəli şəxs həbs zamanı  polisə müqavimət göstərməyib.

Parisin baş prokuroru Laure Bekku bildirib ki, şübhəli bir il əvvəl Paris qaçqın düşərgəsində çadırlara qılıncla hücum etdikdən sonra həbs edilibmiş .Düşərgəyə hücum 2021-ci il dekabrın 8-də Parisin şərqindəki Bersi rayonunda baş verib. Lakin o sonradan azadlığa buraxılıb.

 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul edib
"Xaqocan" həbs olundu - SON DƏQİQƏ
TƏCİLİ XƏBƏR! Həmin cinayətin üstü açıldı +FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib