Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandası ilə müqaviləsini yeniləyəcək.
OXU24.COM Bakupost.az-a istinadən məlumatına görə, 35 yaşlı futbolçu bununla bağlı Paris təmsilçisinə söz verib.
Təcrübəli hücumçu klubla sözləşməsinin müddətini ən azı 2024-cü ilin yayınadək uzadağını bildirib.
İddiaya görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında 3 aydır gedən danışıqlar artıq yekunlaşıb. Tam anlaşma dekabrın əvvəlində əldə olunub.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.
Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.
Oxu24.com
ŞƏRHLƏR