Fevral ayından Ukraynada olan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Türkiyəyə qayıdıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 24-dən Kiyev Borispol hava limanında olan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki A400M hərbi-nəqliyyat təyyarəsi Türkiyəyə qayıdıb.
Qeyd olunur ki, təyyarələr Kayseri hava limanına enib.
Əlavə detallar açıqlanmayıb.
Tərcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR