ABŞ Prezidenti Cozef Bayden yanvarın 9-da Meksikaya gedəcək.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bildirib.
“Prezident Baydenin Şimali Amerika Sammitinda iştirak üçün yanvarın 9 və 10-da Mexikoya səfərini elan etməkdən məmnunam”, - o deyib.
Üçtərəfli görüşdə Baydendən başqa, Meksika Prezidenti Andres Manuel Lopes Obrador və Kanadanın baş naziri Castin Trüdo da iştirak edəcək.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR