OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün Xətai Rayon Məhkəməsinə gətirilib. Hazırda Bəxtiyar Hacıyev barəsində ev dustaqlığının seçilməsinə dair müraciətə baxılıb. Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.
Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq olunub. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.
Xatırladaq ki, ötən həftə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə Bakı Apellyasiya Məhkəməsində baxılmış, vəsatət təmin olunmamışdı.
Oxu24.com
ŞƏRHLƏR