"Belarus Ukraynaya hücum edə bilər, Putin Minskə bunun üçün gedir".
OXU24.COM xəbər verir ki, bu barədə Ukrayna SQ Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev deyib.
Bu səfərdə Putinin Lukaşenkoya müharibəyə cəlb olunması üçün təzyiq edəcəyi iddia edilərkən, Rusiya liderinin Belarusdan Kiyevə quru əməliyyatı keçirməyi hədəflədiyi də dilə gətirilib.
Həmçinin, Ukrayna prezidenti Vladimir Zelenski ötən gün ordu komandirləri ilə görüşüb. Müdafiə baxımından bütün imkanlara hazır olduqlarını vurğulayan Zelenski, “Rusiya və Belarusla sərhədimizin qorunması bizim əsas prioritetimizdir” - deyə,qeyd edib.
Qeyd edək ki, Rusiya və Belarus liderlər qərb sərhədlərində gərginliyin artması ilə əlaqədar iki ölkənin ordularından ibarət “birgə regional güc”ün Belarus sərhədlərinə yerləşdirilməsinə qərar veriblər.
Bildirək ki, Rusiya prezidenti Vladimir Putin Belarusda işgüzar səfərdədir.
Oxu24.com
ŞƏRHLƏR