Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79029
az

İnsan beyni çiplə idarə olunacaq? - Maskın ilginc hədəfi

00:0018 Dekabr, 2022
103
  • A

Amerikalı iş adamı, mühəndis və milyarder İlon Mask deyib ki, 6 aydan sonra beyin çipi şirkəti "Neuralink" çipləri insanlar üzərində sınaqdan keçirməyə başlaya biləcək.

Bu barədə şirkətin təsisçisi təqdimat zamanı bildirib. Sahibkarın sözlərinə görə, işçilər cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.

"Biz sənədlərimizin çoxunu ABŞ Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra biz "Neuralink"i insana implantasiya edə biləcəyik", - Mask qeyd edib.

Bu nə beyin çipləridir belə, təyinatı nədir? İnsanın intellektual qabiliyyətinə necə təsir göstərəcək? Kimlər üçün nəzərdə tutulub, tibbi təyinatı nədir?

Saglamolun.Az musavat.com-a istinadən bildirir ki, beyin çiplərinin daha çox iflic xəstələrinə tətbiq olunacağı gözlənilir. Bu çiplər çox kiçik dizayna malik olan və beyin səthinə yerləşdirilən cihazlardır. Bu cihazlar sayəsində beyində həyata keçirilən fəaliyyətləri izləmək mümkündür.

2016-cı ildə İlon Mask tərəfindən qurulan "Neuralink" şirkətinin yaratdığı beyin çipləri əslində ilk dəfə edilən bir araşdırma deyil. Belə ki, 1960-cı illərdən bəri bu mövzuda çoxlu araşdırmalar var. Beyindəki fəaliyyətləri izləmək və onları xüsusi əmrlərə çevirmək üçün bu mövzuda ilk araşdırmalar meymunlar üzərində aparılıb. Bugünkü beyin çipləri ilə bağlı araşdırmalar 1970-ci illərin əvvəllərində ortaya çıxan "beyin-maşın interfeysi" termini ilə ifadə edilir.

Beyin-kompüter interfeysi (və ya neyron idarəetmə interfeysi) beyin və kompüter arasında qurulan simli və ya simsiz rabitə texnologiyalarına verilən ümumi addır. Beyin-kompüter interfeysi (beyin-kompüter əlaqəsi) və kompüter-beyin interfeysi (kompüter-beyin əlaqəsi) texnologiyalarını birləşdirən sistemlərə beyin-beyin interfeysi də deyilir.

Bu texnologiyaların ümumi məqsədi insanların idrak funksiyaları və duyğu-motor funksiyaları ilə bağlı araşdırmalar aparmaq, onların beyindəki fəaliyyətlərinin xəritəsini çıxarmaq, bu məsələlərlə bağlı problemləri olan insanlara kömək etmək və ya insan zehninin bu baxımdan edə biləcəyini kompüterlərin köməyi ilə dəstəkləməkdir.

2020-ci ilin 28 avqustunda İlon Mask və əməkdaşları canlı izlənilə bilən "Neuralink"in beyin-kompüter interfeysi texnologiyasını təqdim edən konfrans keçirdi. Həmin tədbirdə bildirilmişdi ki, beyin çipləri sayəsində beyin və onurğa beyni problemlərinin, o cümlədən yaddaş itkisi, eşitmə və görmə itkisi, iflic, yuxusuzluq, depressiyanın qarşısı alına bilər.

Məlum məsələdir ki, bütün insanlar yaşlandıqca qaça bilməyəcəkləri sağlamlıq problemləri ilə qarşılaşır. İlon Mask bildirib ki, beyin çiplərinin əsas məqsədi bu sağlamlıq problemləri ilə mübarizə aparmaqdır. Qeyd etmək lazımdır ki, beyin çipləri sağlamlıq problemlərinin yaranmasının qarşısını ala biləcək bir element olmaqdansa, diaqnoz qoyulmuş problemlərə həll yolu təqdim etməyə fokuslanır.

"Neuralink" texnologiyasını geyilə bilən texnologiyalar kimi düşünə bilərik. Bu gün qolumuza aksesuar olaraq taxdığımız cihazlarla hərəkətlərimizi izləyə bildiyimiz kimi, beyin çipləri sayəsində beynimizdəki hərəkətləri izləmək mümkün olacaq. Bu sayədə mümkün sağlamlıq problemləri əvvəlcədən aşkarlana və erkən müdaxilə edilə bilər.

Beyin çipləri ilə bağlı əvvəlki araşdırmalarda beyindəki fəaliyyətləri izləmək də mümkün idi. Yerləşdirilmiş çiplər sayəsində izlənilə bilən səviyyəyə çatdığımız beyin siqnallarını düzəldə bilsək, sağlamlıq problemlərinin qarşısını ala bilərikmi? İlon Musk bunun mümkün olduğunu və gələcəkdə bu araşdırmalarla buna nail ola biləcəyini deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY
Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi