Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78856
az

Vasif Talıbov haradadır? - YENİ MƏLUMATLAR

10:1215 Dekabr, 2022
545
ÖZƏL BÖLÜM
  • A

Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq gedir.

 

Oxu24.com  xəbər verir ki, “AzPolitika.info”-nun mötəbər məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın vaxtlarda Prezidentin Naxçıvan MR üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla V.Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq.

 

Məlum olduğu kimi, xüsusi nümayəndəlik institutu artıq işğaldan azad olunmuş ərazilərdə tətbiq olunub. Belə ki, Prezidentin işğaldan azad olunmuş rayonlar üzrə xüsusi nümayəndələri bu ərazilərdə tikinti-quruculuq və digər işlərə rəhbərliyi həyata keçirir.

 

Naxçıvandan daxil olan məlumatda isə bildirilir ki, iki gün əvvəl MR-i tərk edən Vasif Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib. Onun hazırda harada olduğu, Naxçıvana nə vaxt qayıdacağı haqda yerli hakimiyyət nümayəndələrində heç bir məlumat yoxdur. Bilinən odur ki, “sədr uzunmüddətli məzuniyyətdədir”.

 


Xatırlatmaq yerinə düşər ki, V.Talıbov Ali Məclis sədri vəzifəsini tutduğu 27 ildə bir dəfə də olsun rəsmi məzuniyyətə çıxmayıb. O, hətta bazar günlərini belə çox vaxt iş kabinetində keçirib. İndi birdən-birə “uzunmüddətli məzuniyyətə” göndərildiyi barədə məlumatlar Naxçıvanda DTX əməliyyatları ilə başlayan prosesin dərinliyindən xəbər verir. Dekabrın 12-də axşam saatlarında Bakıya uçan və hazırda burda nə işlə məşğul olduğu bilinməyən Vasif Talıbovun yaxın günlərdə elə Bakıda istefa qərarını açıqlayacağı da istisna olunmur. Ola bilsin ki, Prezidentin xüsusi nümayəndəsinin təyinatı bundan sonra elan olunacaq.

 

Yada salaq ki, dekabrın 13-də Səbail Rayon Məhkəməsi Vasif Talıbovun ətrafından daha bir iri məmurun - Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlunun barəsində müstəntiqin vəsatətinə baxıb. Məhkəmə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçib. O, 212 milyon manat dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

 

Bununla da V.Talıbovun komandasından rəsmən həbsə göndərilən məmurların sayı üçə, talanan dövlət vəsaitinin miqdarı isə 500 milyon manata çatıb.

 

Bu səviyyədə talançılıq ittihamlarından sonra V.Talıbovun vəzifəsində qalacağı ehtimalı isə sıfıra yaxınlaşır. Lakin MR Ali Məclisinin sədri vəzifəsi seçkili vəzifə olduğundan onu Prezident sərəncamı ilə vəzifəsindən uzaqlaşdırmaq və yerinə başqa bir təyinat həyata keçirmək mümkün deyil. Görünür, elə bu səbəbdən MR-ə Prezidentin xüsusi nümayəndəsinin təyin olunması praktikasından istifadə olunacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi açıqlama: Saatlıq əməkhaqqı necə hesablanacaq? +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Rəisinin ölümü ilə bağlı daha bir ŞOK: Pilot bunları deyibmiş +VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı