Sənət adamlarının şəxsi həyatı və yaşı hər zaman tamaşaçılara maraqlı olur.
Oxu24.com bu dəfə sevilən müğənni Nüşabə Ələsgərli ilə bağlı maraqlı məlumatları təqdim edir.
Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olub.
Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olub. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənib. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinifində təhsil alıb.
1982-ci ildə 8-ci sinifi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olub.1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub.
1995-ci ildə ailə qurub. İki övladı var.
Birinci həyat yoldaşından ayrıldıqdan sonra müğənni mühafizəçisi olmuş Rza adlı İran əsili şəxslə ailə həyatı qurub.
Müğənninin bu il 55 yaşı tamam olacaq.
Hazırladı: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR