Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78534
az

Ərdoğanla Putin danışdı

16:4811 Dekabr, 2022
134
SİYASƏT
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında münasibətlər, xüsusilə enerji, “taxıl sazişi” və terrorla mübarizə başda olmaqla regional məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 13 milyon tondan çox taxılın ehtiyacı olan dövlətlərə birgə səylər vasitəsi ilə çatdırılmasını təmin etdiyini bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, “taxıl sazişi” çərçivəsində müxtəlif ərzaq məhsullarının və tədricən digər malların ixracı üzərində işə başlaya bilərlər.  O, Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsini arzulayıb.

Ərdoğan PKK terror təşkilatı və onun qolu PYD/YPG-nin Suriyanın şimalındakı separatçı fəaliyyətlərini və Türkiyəni hədəf alan terror hücumlarını Vladimir Putinin diqqətinə çatdırıb.

Qeyd olunub ki, 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, Türkiyə ilə Suriya sərhədində terrorçuların təmizlənməsi vacib və əhəmiyyətlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Antiqua və Barbudada görüşlər keçirib
Hərbi Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi - FOTOLAR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı