Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78204
az

Şəfiqə Nağıyeva bu dəfə onunla dalaşdı - VİDEO

22:4207 Dekabr, 2022
2483
  • A

MTV-də yayımlanan "Ümid ilə gəl" proqramında qalmaqal yaşanıb.

Oxu24.com  xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan vəkil Şəfiqə Nağıyeva bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə dava edib. Mübahisə isə vəkilin xəyanət edən qadınları tənqid etməsindən sonra başlayıb:


"Ərinə xəyanət edən xanımı efirdə gözlər önündə necə ucaldım? Mən bu cür qadınları vururam, düz danışmırsınız. Rövşanə xanım kimi danışanlar demək istəyirlər ki, guya mən qadın düşməniyəm. Ailəsini satan, ərinə, xanımına xəyanət edən, uşaqları atan qadınların düşməniyəm, başqa heç kimin. Ailəsinə sadiq olan qadın və kişilərin dostuyam. Lap tutaq ki, mən qınayıram, nifrət edirəm, amma hər halda pis yola düşən qadın da bir kişinin səhvindən belə edir. Ərdə olan qadının hansı hissindən danışmaq olar?".

Rövşanə Ağasəfqızı qızı isə Şəfiqə Nağıyevanı qadınların düşməni kimi gördüyünü bildirib:

"Söhbət belə qadından getmir. Lütfən qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız. Mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq. Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan "Madonna" yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin, 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında imam övladı olmasın".

Qeyd edək ki, bir neçə gün əvvəl "Təsir dairəsi" verilişində Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stiven Siqal Bakıya gəldi - VİDEO

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı