Xəbər verdiyimiz kimi, noyabrın 30-da Binəqədi rayonu, II Mədən massivində 5 aylıq hamilə, 2002-ci il təvəllüdlü Nəzrin Nəsir qızı Həsənova yaşadığı fərdi evdə qanaxma səbəbindən vəfat edib.
Ailəsi mətbuata açıqlamada təcili yardımı gec gəlməkdə ittiham edir. Yaxınları iddia edirlər ki, təcili yardıma 45 dəfə zəng edilsə də, 2 saatdan sonra çatıb.
Təcili yardımın niyə gecikməsi ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirildi ki, briqada çağırışdan 16 dəqiqə sonra hadisə yerində olub:
“Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.
Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib”.
Oxu24.com
ŞƏRHLƏR