Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77488
az

Zakir Həsənov Hulusi Akara başsağlığı verdi

10:0826 Noyabr, 2022
107
DÜNYA
  • A
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirir. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail ordusu xüsusi əməliyyat keçirib
Moldovanın keçmiş baş prokuroru tutduğu vəzifədən uzaqlaşdırılıb
Ağ Ev Baydenin davranışını izah etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı