Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77464
az

Tükürpədici hadisə: Qızı öldürənlər ata-anası imiş

09:1226 Noyabr, 2022
1065
DÜNYA
  • A

Türkiyədə baş vermiş cinayətin qandonduran detalları üzə çıxıb.

Oxu24.com "İxlas"a istinadən xəbər  verir  ki, Adıyamanda eşidənləri dəhşətə gətirən qətl hadisəsinə aydınlıq gəlib. 19 il əvvəl dünyaya gələn körpənin valideynləri tərəfindən öldürüldüyü üzə çıxıb.

Hadisə ilə bağlı ümumilikdə 8 şübhəli saxlanılıb. Valideynləri də daxil olmaqla 6 şübhəli həbs edilib.

19 il əvvəl  Zeliha Ö. və Əziz Ö.-nin nikahdankənar körpəsi olub. Qaziantepdə özəl xəstəxanalardan birində dünyaya gələn 7 aylıq qız uşağı xəstəxanadan aparılsa da, əhalinin qeydiyyatı siyahısına aparılmayıb.

Xəstəxanadan çıxandan sonra körpəni heç kim görməyib. İddialara görə, ailə təzyiqi ucbatından körpə doğulan valideynləri tərəfindən öldürülərək basdırılıb.

Ana və ata sonradan ailə qurub, 3 övladı olub.

Təxminən 19 il gizlədilən qətl hadisəsi bir şəxsin Adıyaman İl Təhlükəsizlik Müdirliyinə verdiyi xəbərlə üzə çıxıb. Hazırda dəhşətli cinayətlə bağlı araşdırma davam edir.

Tərcümə: Aynurə Məcidova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail ordusu xüsusi əməliyyat keçirib
Moldovanın keçmiş baş prokuroru tutduğu vəzifədən uzaqlaşdırılıb
Ağ Ev Baydenin davranışını izah etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı