Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77429
az

Dünya Kubokunda "Dəvə qripi" panikası! ÜST turniri izləməyə gedən azarkeşlərə xəbərdarlıq edir

15:1425 Noyabr, 2022
149
DÜNYA
  • A

Koronavirusla mübarizənin davam etdiyi bir vaxtda  Ümumdünya Səhiyyə Təşkilatından daha bir təəccüblü açıqlama gəldi.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki, koronanın daha ölümcül qohumu olan “dəvə qripi” kimi tanınan MERS virusunun 2022 ci il Futbol üzrə  Dünya Çempionatında yayılmasından narahat olduqlarını bildirən ÜST, turnirə gedənlərə dəvə sürməmələri və dəvə yeməmələri barədə xəbərdarlıq edib

 Dünya Çempionatına ev sahibliyi edən Qətərdə son 10 ildə onlarla insanda  MERS diaqnozu qoyulub. MERS yoluxduğu hər 100 adamdan 35-ni öldürür.

Alimlər MERS-i dörd həftəlik turnir zamanı nəzəri olaraq baş verə biləcək səkkiz potensial “infeksiya riskindən” biri kimi qeyd ediblər. 

Mütəxəssislər Qətərə futbol matçlarını izləmək üçün gedən azarkeşlərin çoxluğu səbəbindən xəstəliyin İngiltərə və ABŞ kimi digər ölkələrə də keçə biləcəyindən narahatdır. 2022-ci il dünya çempionatının final oyunlarına qədər 1,2 milyon ingilis azarkeşin Qətərə getməsi gözlənilir.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail ordusu xüsusi əməliyyat keçirib
Moldovanın keçmiş baş prokuroru tutduğu vəzifədən uzaqlaşdırılıb
Ağ Ev Baydenin davranışını izah etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı