Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77227
az

SON DƏQİQƏ! Türkiyə Ordusu zərbə endirdi:300-ə yaxın terrorçu məhv edildi

13:2223 Noyabr, 2022
100
SON DƏQİQƏ
  • A

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zamanı 471 hədəf atəşə tutulub, 254 terrorçu məhv edilib.

Oxu24.com  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

H.Akar, həmçinin vurğulayıb ki, Türkiyə ordusunun yeganə hədəfi terrorçulardır: “Bizim hansısa etnik, dini qruplarla problemimiz yoxdur. Bizim yeganə hədəfimiz PKK/YPG/PYD, DEAŞ-dır. Artıq terrorçuların hesab vermək zamanı çatıb. Onlar başa düşəcəklər ki, Türkiyə Silahlı Qüvvələri ilə oyun oynamaq olmaz”. 

Nazirin sözlərinə görə, Türkiyə ordusu şəhidlərin, terror aktında həlak olan uşaqların, müəllimlərin, bütün günahsız qurbanların intiqamını alacaq.

Aynurə Məcidova

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək