Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77056
az

Polis hansı hallarda şəxsi mənzilə daxil ola bilər? - HÜQUQİ YARDIM

15:0621 Noyabr, 2022
466
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi maarifləndirmə layihəsini davam etdirir.

Bu dəfə təqdim edtiyimiz mövzu polisin hansı hallarda mənzilə daxil ola bilməsi ilə bağlıdır.

Hər bir vətəndaşın təbii hüquq və azadlıqları var və bunlardan biri də mənzil hüququdur. Mənzil hüququ həm Azərbaycan Respublikasının Konstitusiyasının 33.1-ci maddəsi ilə həm də Azərbayca Respublikasının tərəfdaş çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci madddəsi ilə hər kəsin mənzil toxunulmazlığı hüququ qorunur. Lakin mənzil toxunulmazlığı hüququ mütləq hüquq deyildir. Bir sıra hallarda cəmiyyətin mənafeyi və cəmiyyət maraqlarının qorunması məqsədi ilə bu hüquq məhdudlaşdıra bilinər. Həmin hallar Azərbaycan Respublikasının Polis Haqqında Qanunun 24-cü maddəsi ilə nəzərdə tutulub.

Həmin hallar aşağıdakılardır:

1) məhkəmənin qərarı olduqda;

2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

3) a) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

b) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

c) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

d) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

e) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.

Məhkəmənin qərarı və ya yuxarıdakı II və III hissələrində göstərilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır.
Mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Məhkum qadınlar hansı hallarda həbsxanadan kənarda yaşaya bilər? - CAVAB

Hazırladı: MİRİ MƏCİDLİ

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı