Almaniyanın ət sənayesinin nümayəndələri ölkədə ətin, xüsusilə də donuz ətinin tədarükündə fasilələr olacağı barədə xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
Bildirilir ki, hazırkı hakimiyyətin siyasəti ucbatından bir neçə aya mağazaların rəfləri boş qalacaq, satışa çıxarılacaq mallar isə 40%-ə qədər bahalaşacaq.
“Westfleisch” ət kombinatının satış rəhbəri və Ət Sənayesi Assosiasiyasının idarə heyətinin üzvü Hubert Kelliger beş-altı aydan sonra ölkədə ət qıtlığının olacağını proqnozlaşdırır.
Onun fikrincə, bunun səbəbi hazırki rəhbərlikdir.
“Fermerlərə yetəri qədər vəsait ayrılmadığı üçün, heyvan sayını azaldırlar. Bu da qıtlığa gətirib çıxarır” - o əlavə edib.
Oxu24.com
ŞƏRHLƏR