Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
Oxu24.com-un məlumatına görə, günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.
Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23:00-dır.
DÇ-2022
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland
Baş hakim: Uilton Sampayo (Braziliya)
"Al-Tumama" stadionu
Xal durumu: Ekvador - 3 (1 oyuna), Niderland - 0, Seneqal - 0, Qətər - 0 (1 oyuna)
B qrupu
17:00. İngiltərə - İran
Baş hakim: Rafael Klaus (Braziliya)
"Xəlifə" stadionu
23:00. ABŞ - Uels
Baş hakim: Əbdülrəhman Əl-Casim
"Əhməd ibn Əli" stadionu
Oxu24.com
ŞƏRHLƏR