Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu Dövlət əleyhinə yönələn açıq çağırışlar edənlərin məsuliyyəti ilə bağlıdır.
Bunu edənləri hansı cəza gözləyir?
Cinayət Məcəlləsinə görə, Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma hallarına görə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR