Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.
SUAL: Nəqliyyat vasitəsinin təkrar qeydiyyatı hansı hallarda aparılmalıdır?
CAVAB: Qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli 4.1 bəndinə əsasən nəqliyyat vasitələrinin təkrar qeydiyyata aşağıdakı hallarda alınır: - fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; - nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; - sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; - avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişildikdə. Eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin və 1 saylı əlavənin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2. maddəsində nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulmuşdur.
HAZIRLADI: MİRİ MƏCİDLİ
Oxu24.com
ŞƏRHLƏR