Hindistanda doğulan "qurd adam" artıq 17 yaşına çatıb.
O,görünüşü ilə dünya mediasının gündəminə düşüb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Madhya Pradesh bölgəsindəki Nandleta adlı kiçik bir kənddə yaşayan 17 yaşlı Lalit Patidar orta əsrlərdən bəri cəmi 50 nəfərdə müşahidə edilən son dərəcə nadir sindromla doğulub.
Orta əsrlərdən bəri cəmi 50 nəfərdə görülən son dərəcə nadir sindromla doğulan 17 yaşlı Lalit Patidar bütün çətinliklərə baxmayaraq həyata necə yapışmasından danışıb.
6-7 yaşına qədər vəziyyətini dərk edə bilmədiyini bildirən Lalit, "Küçədəkilər üstümə daş atardılar, bu nə olduğunu bilməyən balaca uşağa ən böyük haqsızlıqdır. Mən fərqliyəm. adi insanlardan mən unikalam. Çox vaxt fərqliliklərimiz bizim ən böyük gücümüzdür və mən özüm olmaqdan qürur duyuram”.
Hipertrikoz və ya bildiyimiz kimi 'KURD-Adam SİNDROMU' səbəbiylə bütün bədəni tüklərlə örtülmüş Patidar hazırda orta məktəbin son kursunda oxuyur.Fermer ailəsinin övladı olan gənc görünüşünə görə dəfələrlə zorakılığa məruz qalıb.
Gəncin yeni fotolarını təqdim edirik:
HAZIRLADI: MİRİ MƏCİDLİ
Oxu24.com
ŞƏRHLƏR