Səhər saatlarından etibarən Azərbaycan İran sərhədinin Naxçıvan istiqamətində açılması iddia olunub.
OXU24.COM bildirir ki, bu barədə görüntülər BAKU.WS təqdim edib.
İddialara görə, Culfa sərhəd-gömrük buraxılış məntəqəsi vətəndaşların gediş-gəlişi üçün açılıb. Bu səbəbdən də ərazidə insan izdihamı yaranıb.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir. Hazırda həmin istiqamətlərdə də, quru sərhədlər bağlıdır.
Ehtimal olunur ki, hava yolu ilə İrana təhsil, ticarət və tibbi xidmətlər üçün gedən şəxslər Culfa sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə ölkəyə qayıdırlar. Elə müşahidə olunan sıxlıq da bununla əlaqədardır.
Həmin görüntüləri təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR