Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76618
az

Özünü ermənidən çox erməni kimi aparan Fransadan başqa nə gözləmək olardı?

14:0816 Noyabr, 2022
133
SİYASƏT
  • A

“Fransa senatının bu qərarı gözlənilən idi. Çünki özünü ermənidən çox erməni kimi aparan bir dövlətdən bundan başqasını gözləmək sadəlövhlük olardı. Əminliklə deyə bilərik ki, bu qərar Yelisey sarayında hazırlanıb və Makron administrasiyasının təkidi ilə qəbul olunub”.

Bu sözləri İnterpress.az-a açıqlamasında “Hilal” Sosial Araşdırmalar Mərkəzinin sədri Arzuman Abdulkərimov deyib.

“Bu da onu göstərir ki, Fransada heç bir demokratik idarə etmədən danışmaq olmaz. Ona görə də belə bir dövlətin Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərmək istəyi də fiaskoya uğramış hesab oluna bilər. Çünki bu qədər qərəzdən sonra Fransa sülhyaratma prosesində iştirak edə bilməz”, – o bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi təcili olaraq adekvat cavablar verməlidir: “Fransanın Azəbaycandakı səfiri XİN-ə çağırılmalı, Azərbaycan parlamenti Fransanın Əlcəzairdə törətdiyi soyqırımı ilə bağlı dinləmələrə başlamalı, Korsikanın müstəqilliyi tanınmalı, Azərbaycanın Fransadakı səfiri məsləhətləşmələr üçün təcili ölkəyə dönməli, bundan sonra Fransa ilə diplomatik münasibətlərin necə davam etdirilməsi ilə bağlı müakirələr aparmalıdır”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

Belçikanın Baş naziri bulvarda qaçdı- Fotolar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü