Şəmkirdə nişanlandığı deyilən qızın valideynləri polisə çağırılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları artıq həmin qızın ünvanını müəyyəşləşdirib və onunla söhbət aparıb:
"Qız elçilik mərasimini təsdiqləyib, tezliklə nişan olacağını deyib və valideynləri toyu onun 18 yaşı tamam olandan sonra edəcəyini söyləyib. Bütün bunlara baxmayaraq, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət edilib. Onlarla profilaktiki söhbətlər aparılacaq. Qanun tələbləri valideynlərin diqqətinə çatdırılacaq. Onlara bildiriləcək ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha daxil olması məsuliyyət yaradır. Bu məsuliyyət də hazırda valideynlərin üzərindədir”.
Oxu24.com
ŞƏRHLƏR