"Son sutkada Ukrayna ordusu Xerson vilayətində irəliləyib. Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda vilayətin Dnepr çayına qədər olan hissəsini azad edəcək".
OXU24.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Məlumata görə, döyüşlər Xerson vilayəti boyu davam edəcək. Qeyd olunub ki, qış fəslinə baxmayaraq, döyüşlərin dayanacağı gözlənilmir.
"Bəzi hərbi texnikanın daha soyuq havaya uyğunlaşdırılması tələb oluna bilər. Soyuq hava yox, bəlkə, maddi-texniki çətinliklər irəliləyişi ləngidə bilər. Əgər bu qış döyüşlər dayanarsa, bunun səbəbi maddi-texniki problemlər olacaq", - institutdan bildirilib.
Amerikalı ekspertlər hesab edirlər ki, hazırda təşəbbüs Ukraynanın əlindədir.
"Xersonda böyük qələbəni təmin etmək prosesi gedir. Xerson vilayətində əldə etdiyi böyük qələbə Ukraynanın sonuncu zəfəri olmayacaq. Rusiya rəsmiləri yazda cəbhə bölgələrinə göndərilmək üçün 120 000 çağırışçıya təlim keçməyə çalışırlar. Qışda atəşkəs yalnız Rusiya qüvvələrinin xeyrinə olacaq. Onlar bu fürsətdən öz zəifləmiş müdafiələrini gücləndirmək və soyqırım kampaniyasını davam etdirmək üçün istifadə edəcəklər", - Müharibə Araşdırmaları İnstitutundan vurğulanıb.
Oxu24.com
ŞƏRHLƏR