Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu24.com bu barədə IRNA-ya istinadən xəbər verir.
Xarici işlər nazirinin köməkçisi Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost bəyanatlara narazılığını və kəskin etirazını səfirə çatdırıb.
"Biz bu prosesin ən qısa zamanda dayandırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.
Səfir Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirərək İran tərəfinin etirazını dərhal Bakıya çatdıracağını vurğulayıb.
Qətlin dəhşətli videosu yayıldı:Qan içərisində can verir (18+VİDEO)
Oxu24.com
ŞƏRHLƏR