ASAN Xidmətdə sahibkarlara FHN trəfindən xidmətlərin təqdim olunmasına başlanılıb.
Oxu24.com xəbər verir ki, ilkin mərhələdə sahibkarlar yeni fəaliyyətə başlamış Bakı şəhəri 7 saylı ASAN Xidmət mərkəzində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən göstərilən iki xidmətdən yararlana biləcəklər. Sahibkarlar mərkəz vasitəsilə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında Çıxarış”ı və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə “Xüsusi icazə”ni əldə edə bilərlər.
Prosesin tədricən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə isə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən xidmətlərin ASAN Xidmət mərkəzi vasitəsilə həyata keçirilməsi şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun yüksəldilməsini təmin edəcək.
Oxu24.com
ŞƏRHLƏR